Naxçıvan MR Rabitə və Yeni Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan MR-nın İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi “Data Mərkəzində texniki infrastrukturun yaradılması və avadanlıqların satınalınması” tenderinin nəticələrini elan edib.
Naxçıvanda dövlət qurumu - TENDER ELAN EDİR
Naxçıvanda nazirliyin tenderini bu şəxs uddu - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderin qalibi “Koçsistem Azərbaycan” MMC olub.
Qalib şirkətlə 2 884 442 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Koçsistem Azərbaycan” MMC 2012-ci ildə yaradılıb, nizamnamə kapitalı 300 000 EUR təşkil edir. Şirkətin qanuni təmsilçisi Fatih Sertdemirdir. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, Xocalı, ev 37 ünvanında yerləşir.