Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN: 1500016711) tenderlər elan edib.
Nazirlik məktəblərin təmirinə başlayır – 4,6 MİLYON MANAT XƏRCƏNƏCƏK – TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan olunmuş tender çərçivəsində Respublika üzrə 20 ədəd modul və 3 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satınalınması nəzərdə tutulur.
Bu tenderin ehtimal olunan qiyməti 12 milyon 716 min 418 manat təşkil edir.
Tenderdə iştirak haqqı 1 907 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Şaban Məmmədov - Baş mütəxəssis / [email protected] / +994 12 465 73 48
İdarə tərəfindən elan olunmuş digər tenderə görə, Respublika üzrə 20 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binalarının quraşdırılması işlərinin satınalınması nəzərdə tutulur. Bu tenderin də ehtimal olunan qiyməti 12 milyon 313 min 831 manatdır.
Tenderdə iştirak haqqı 1 847 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Salahova Nuranə-Gülgün - Baş mütəxəssis /
[email protected] / +994 12 465 73 48
Ümumilikdə iki tender çərçivəsində ölkədə 40 modul tipli və 4 ədəd konteyner tipli məktəbin tikintisinə 25 milyon 30 min 249 manat ayrılıb.













