FED.AZ biznes-maliyyə portalı (FED.AZ MMC) 2017-ci ilin dekabr ayının 15-də təsis edilib.
FED adı – Finance, Economic, Development, yəni Maliyyə və İqtisadi İnkişaf mənasını bildirir.
FED.AZ iqtisadiyyat, maliyyə və biznes sahəsini əhatə edən müstəqil sayt olaraq ölkədə baş verən mühüm iqtisadi xəbərləri, o cümlədən maliyyə, biznes, bank və sığorta sektoruna aid ən vacib xəbərləri gündəlik olaraq oxuculara çatdırır.
Redaksiya iqtisadiyyat, maliyyə və biznes sektoruna aid xəbərlər hazırlamaqla yanaşı, digər etibarlı agentlik və portalların xəbərlərinə də istinad edir.
Hazırda FED.AZ xəbərlərini Azərbaycan və rus dillərində yayımlayır. Yaxın gələcəkdə redaksiya xəbərlərin ingilis dilində də yayımı təmin edəcək.
Gündəlik xəbərlərlə yanaşı, redaksiya tərəfindən maliyyə bazarı iştirakçılarının (bank, sığorta vəs.) əsas maliyyə göstəriciləri üzrə dövrü renkinqləri, maliyyə, əmlak bazarı və qiymətli kağızlar üzrə aylıq təhlillər, gündəlik birja və tender xəbərləri, həmçinin canlı yayımlar təqdim olunur.
FED.az biznes-maliyyə portalı ixtisaslaşmış biznes saytı olduğu üçün strateji məqsədimiz bank sədrlərinə, şirkət rəhbərlərinə, iri biznes sahiblərinə və iş adamlarına faydalı informasiyaları düzgün və peşəkar qaydada çatdırmaqdır.
Hazırda FED.AZ ölkənin ən çox oxunan iqtisadi-maliyyə yönümlü ixtisaslaşmış xəbər saytlarından biridir.
Saytımızın hər bir oxucusuna təşəkkür edirik!
Biznes və maliyyə yeniliklərini bizdən izləyin…