Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VÖEN: 1701393691) “Dress Uniform” MMC ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində şirkətdən “ASAN Xidmət” mərkəzlərinin əməkdaşları üçün xidməti geyimlərin satınalınması nəzərdə tutulur. Müqavilənin ümumi dəyəri 1 milyon 298 min manat təşkil edib.
Qeyd edək ki, “Dress Uniform” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Rövşən Nəsir Akif oğludur.
















