Dövlət Gömrük Komitəsinin Akademiyası (VÖEN: 1300479251) “Günteks” MMC ilə satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində tələbələr üçün xüsusi geyim formalarının satınalınması nəzərdə tutulub.
Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 60 min 83 manat təşkil edib.
Qeyd edək ki, “Günteks” MMC 2024-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Musayeva Günel Arif qızıdır.













