Dövlət Gömrük Komitəsi “Teymur Collection” MMC ilə satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində gömrük geyimlərinin satın alınması nəzərdə tutulub.
İmzalanmış müqavilənin dəyəri 637 min 331 manat təşkil edib.
Qeyd edək ki, qalib şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Teymur Rizvan oğludur. Şirkət Sumqayıt şəhəri Koroğlu prospekti, ev.728A hüquqi ünvanında yerləşir.













