Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya çərçivəsində 11 sənəd imzalanıb.
FED.az xəbər verir ki, imzalanmış sənədlərdən biri Aqrar sektor üzrə investisiya layihəsi üzrədir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ilə İsveçrənin “iCsquared GmbH” şirkətinin nümayəndəsi Zoltan Peter Jtuçlik arasında “ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan Plantasiyaları və Emal Müəssisələri Layihələri üçün torpaqların uzunmüddətli icarəsinə dair Saziş” imzalanıb.












