Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya çərçivəsində 11 sənəd imzalanıb.
FED.az xəbər verir ki, imzalanmış sənədlərdən biri əczaçılıq məhsullarının istehsalı ilə bağlıdır.
Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov ilə Slovakiyanın “Saneca Pharmaceuticals a.s.” şirkətinin baş maliyyə direktoru Ondrej Dragúň arasında Anlaşma Memorandumu imzalanıb.












