“Lifttəmir” İstehsalat Birliyi (VÖEN: 1400266501) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Bakı şəhəri Nizami, Nərimanov, Xətai, Səbail, Binəqədi, Nəsimi, Yasamal, Sabunçu, Xəzər, Qaradağ rayonlarında yerləşən eskalator, travelator, liftlərin dəyişdirilməsinin əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması nəzərə tutulur.
Tenderin ehtimal olunan qiyməti 1 milyon 244 min 649 manat təşkil edir.
Tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Zamiq Səmədov - Satınalma üzrə mütəxəssis / [email protected] / +994 50 543 55 22













