“Azərenerji” ASC təbqiğat işləri üzrə sifarişlərə 113 min manat xərcləməyi planlaşdırır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qurum bunun üçün “Red N Line” MMC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət “Azərenerji” ASC-yə müxtəlif ölçülərdə bannerlərin, şəkillərin, söz və şüarların, enerjisistemə aid xəritələrin çapı, güşələrin yığılması, albom və video-roliklərin hazırlanması xidmətləri təqdim edəcək. Bu işlər üzrə sifarişin məbləği 112 min 985 manatdır.













