31 avqust 2025-ci ildə bank sektorunda 26 min 735 nəfər, bir il sonra - 31 avqust 2026-cı il tarixində isə 27 min 773 nəfər çalışıb.
FED.az Azərbaycan Mərkəzi Bankının “Statistik bülleten”inin 2026-cı ilin avqust buraxılışına istinadən xəbər verir ki, işçilərin sayı 1038 nəfər və ya 3,9% artıb. Eyni dövrdə fəaliyyət göstərən bankların sayı 22-dən 21-ə düşüb.
2026-cı ilin İyul ayının sonunda bank sektorunda çalışanların sayı 27 min 555 nəfər təşkil etmişdi.
2026-cı ilin avqust ayında 2026-cı ilin iyul ayı ilə müqayisədə bank sektorunda çalışanların sayı 0.8% və ya 218 nəfər artaraq 27 min 773 nəfərə çatıb.













