“Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ (VÖEN: 1405001401) “Avromed Company” MMC ilə satınalma müqaviləsi bağlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət qurumu şirkətdən Qanınbədxassəli və Talassemiya Dövlət Proqramları çərçivəsində ehtiyac olan dərman preparatları, reaktiv və tibbi sərfiyyatlar satına alacaq. Bunun üçün şirkətə 36 milyon 861 min manat ödəniləcək.
Qeyd edək ki, 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 57 min manat olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev.153 hüquqi ünvanında yerləşir.













