Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Rəsm Qalereyası (VÖEN: 1301255821) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində keçiriləcək tədbirlərdə keytring xidmətlərinin satın alınması nəzərdə tutulur. Qurum 1 700 nəfərlik mini pirojna, mini profitrol və mini yaş kekin alınmasını, o cümlədən 700 nəfərlik klassik kofe və qara çayın alınmasını nəzərdə tutur. Bundan başqa, qalib şirkət 4 ədəd «Brand Wall» quraşdırmalıdır.
Tenderin ehtimal olunan qiyməti 18 min 79 manat təşkil edir.
Tenderdə iştirak haqqı 36 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Təbriz Kamalzadə - Baç mühasib / [email protected] / +994 51 966 20 25













