Troni şirkətinin anderraterliyi ilə 10 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “NEO BOKT” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
FED.AZ xəbər verir ki, “NEO BOKT” ASC-nin səhmlərin abunə yazılışı 14.09.2026-cı il tarixində başlayıb, 18.09.2026 tarixində (5 iş günü) yekunlaşmışdır.
Qiymətli kağızların yerləşdirilməsi isə 21.09.2026-cı il tarixində başlayıb, tarixində 25.09.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.3 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetintinə alınır.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“NEO BOKT” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001028393 |
|
Səhmin növü və forması |
Sənədsiz adlı, adi səhmlər |
|
Ticarət üsulu / forması |
Kütləvi / Abunə yazılışı |
|
Səhmlərin sayı |
270 ədəd |
|
İlkin ticarət qiyməti |
3,710 manat |
|
Buraxılış həcmi |
1,001,700 manat |
|
Hərrac qiyməti |
3,710 manat |
|
Reallaşdırılmış həcm |
1,001,700 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
1,001,700 manat |
|
İnvestor sayı |
2 |
|
Sifariş sayı |
2 |
|
Yerləşdirmənin yekunlaşdığı tarix |
25.09.2026 |
|
Anderrayter |
“Troni İ.Ş.” QSC |













