4 Nömrəli Uşaq Somatik Sanatoriyası (VÖEN: 1202468371) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 2 min 500 ədəd 19 litrlik qablaşdırmada, dispenser aparatlarında istifadəyə uyğun içməli suyun, min ədəd 330 ml-lik şüşə qablaşdırmada qazlı mineral süfrə suyunun və min ədəd 330 ml-lik şüşə qablaşdırmada qazsız mineral süfrə suyunun satın alınması nəzərdə tutulub.
Tenderin ehtimal olunan qiyməti 9 min 916 manat təşkil edir.
Tenderdə iştirak haqqı 20 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Əliyev Səməd - Baş mühasib /
[email protected] / +994 12 454 13 07













