Referans CLC
Korporativ satış üzrə mütəxəssis
Son tarix 03 okt 2026 - [email protected]
İş yerinin təsviri:
- Yeni korporativ müştərilərin cəlb edilməsi və satış imkanlarının müəyyənləşdirilməsi.
- Mövcud korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi.
- Təyin olunmuş korporativ müştərilər üzrə kurator funksiyasının icra edilməsi, müntəzəm əlaqələrin saxlanılması.
- Müştəri ehtiyaclarının təhlili və uyğun tibbi xidmətlərin təklif olunması.
- Müqavilələrin hazırlanması, danışıqların aparılması və icrasına nəzarət.
- Korporativ satış hədəflərinin yerinə yetirilməsi və gəlirliliyin artırılması istiqamətində fəaliyyət göstərilməsi.
- Mövcud tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların yaradılması.
- Müştəri məmnuniyyətinin təmin edilməsi və daxil olan müraciətlərin operativ həllinə dəstək göstərilməsi.
- Bazarın, rəqiblərin və korporativ müştəri ehtiyaclarının mütəmadi təhlil edilməsi.
- Görülən işlər və satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması.
Namizəd üçün tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Marketinq və ya digər uyğun ixtisaslar üzrə);
- Tibbi sahədə, xüsusilə səhiyyə, klinika, tibbi məhsullar və ya tibbi xidmətlər istiqamətində iş təcrübəsinin olması üstünlükdür.Korporativ satış, müştəri əlaqələri sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis,Rus dili səlis,İngilis dilini bilmək üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat, danışıqların aparılması və müştəri yönümlülük bacarıqları;Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- Ünvan Xətai Plaza
- Əmək haqqı: 800-1000 AZN.(Əlavə bonuslar nəzərdə tutulub)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













