Cari ilin yanvar-avqust aylarında banklar 949,7 milyon manat xalis mənfəət, 1 milyard 487,7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
FED.az Mərkəzi Banka istinadla xəbər verir ki, bu ilin 8 ayında banklar tərəfindən ümumilikdə 245,8 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 337 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76,5 faizini təşkil edib.













