“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xəzər Construction” MMC ilə satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində şirkət Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınmasının satın alınması işlərini öz üzərinə götürüb.
Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 35 milyon 229 min 641 manat təşkil edib.
Qeyd edək ki, «Xəzər Construction» MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.













