Azerbaijan Airlines
Strategiya və Biznesin İnkişaf İdarəsi/Layihələrin İdarəedilməsi üzrə Mütəxəssis
Son tarix 25 okt 2026 - Müraciət et
Təsvir
- Layihələrin planlaşdırılması, icrası və monitorinqində iştirak etmək;
- Layihələr üzrə iş planlarını, icra qrafiklərini, büdcə məlumatlarını, təqdimatları və dövri hesabatları hazırlamaq;
- Layihələrin icra vəziyyətini, əsas mərhələləri, riskləri və gecikmələri izləmək;
- Aidiyyəti struktur bölmələr, podratçılar, məsləhətçilər və digər tərəflərlə koordinasiyanı həyata keçirmək;
- Görüşlərin təşkilində iştirak etmək, müzakirələri protokollaşdırmaq və razılaşdırılmış tapşırıqların icrasını izləmək;
- Podratçı və məsləhətçilər tərəfindən təqdim olunan layihə sənədlərinin ilkin yoxlanılmasında iştirak etmək;
- Layihələrin idarəedilməsi alətlərindən istifadə etməklə hesabatların hazırlanmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək
Tələblər
- Menecment, biznesin idarə edilməsi, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Layihələrin idarəedilməsi və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili – ana dili səviyyəsində;
- İngilis dili – minimum B2;
- Rus dili – minimum B1;
- MS Word, Excel, PowerPoint və Outlook proqramlarında yaxşı istifadə bacarığı;
- Jira, Trello, Monday.com və digər layihə idarəetmə alətləri üzrə biliklər;
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları;
- Danışıqlar aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
- Təqdimat bacarığı;
- Komandada işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Öyrənməyə və yeni biliklər əldə etməyə açıq olmaq;
- PMP və ya layihələrin idarəedilməsi üzrə digər müvafiq sertifikasiyanın olması üstünlükdür.
İş qrafiki:
- 5 günlük.
İş yeri:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













