“S&P Global Ratings”in Bank Sənayesinin Ölkə Riskinin Qiymətləndirilməsinə (BICRA) əsasən, Azərbaycanın bank sektoru 2023-cü ilin sonunda 9-cu qrupdan 2026-cı ildə 7-ci qrupa yüksəlib".
Azərbaycan bankları pulları sayırlar - Mənfəət 1 milyard manata çatır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Sədr qeyd edib ki, bu, bank sektorunda risklərin qiymətləndirilməsində əhəmiyyətli yaxşılaşmanı nümayiş etdirir.
"Bütövlükdə, bu inkişaflar Azərbaycanın maliyyə sektorunun dayanıqlılığının artdığını göstərir və dayanıqlı investisiyalar və uzunmüddətli kapital formalaşması üçün daha güclü zəmin yaradır", - deyə Taleh Kazımov bildirib.













