Kənd Payı Orqanik
İstehsal Müdiri / Texnoloq tələb olunur (Gəncə)
Son tarix 25 okt 2026 - [email protected]
Qida istehsalı sahəsində fəaliyyət göstərən "Kənd Payı Orqanik" müəssisəsinə İstehsal Müdiri / Texnoloq tələb olunur (Gəncə) axtarılır!
Namizədə dair tələblər:
- Xanım namizəd;
- Ali təhsil (qida mühəndisliyi, qida texnologiyası və ya uyğun ixtisas);
- Minimum 2 il iş təcrübəsi;
- Qida istehsalı sahəsində təcrübə üstünlükdür;
- Zavod, fabrik və ya digər istehsal müəssisəsində iş təcrübəsi arzuolunandır;
- İşçi heyətinin idarə olunması və komanda ilə işləmək bacarığı;
- İstehsal proseslərini planlaşdırmaq və təşkil etmək bacarığı;
- Məsuliyyətli, operativ və təşkilatçılıq qabiliyyətli olmaq.
Əsas vəzifə öhdəlikləri:
- İstehsal prosesinin gündəlik planlaşdırılması və idarə olunması;
- İstehsalın müəyyən edilmiş plan və standartlara uyğun həyata keçirilməsinə nəzarət;
- İstehsal prosesində çalışan əməkdaşların iş bölgüsünün aparılması və fəaliyyətlərinin koordinasiyası;
- Məhsulların hazırlanma texnologiyasına və resepturalara riayət olunmasına nəzarət;
- Xammalın qəbulundan hazır məhsulun istehsalına qədər proseslərin izlənilməsi;
- Məhsulun keyfiyyətinə və qida təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət;
- Sanitariya-gigiyena və istehsal qaydalarının tətbiqinə nəzarət;
- İstehsal prosesində yaranan problemlərin operativ müəyyən edilməsi və həllinin təşkili;
- İstehsal avadanlıqlarının düzgün və təhlükəsiz istifadəsinə nəzarət;
- Xammal və materiallardan səmərəli istifadənin təmin edilməsi;
- İstehsal zamanı itkilərin və tullantıların minimuma endirilməsi;
- Hazır məhsulların keyfiyyət göstəricilərinin və istehsal standartlarının qorunması;
- İstehsal heyətinin iş intizamına və əməyin mühafizəsi qaydalarına nəzarət;
- İstehsal göstəriciləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İstehsal proseslərinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması ilə bağlı təkliflərin verilməsi.
İş şəraiti
- İş yeri: Gəncə şəhəri, Avtozavod yolu.
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 700-1000 (Namizədin bilik və bacarığından asılı olaraq).
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar CV-lərini Mövzu hissəsində “İstehsal Müdiri / Texnoloq” Başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya
WhatsApp: 010 256 44 07 nömrəsinə göndərə bilərlər













