“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının İştirakçılarının növbədənkənar iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda təşkilati məsələlər müzakirə edilərək müvafiq qərar qəbul olunub.
Qərara əsasən, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının tərkibində yeni təyinat olub.
“Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə heyətinin sədri Əhmədov Elçin Rəşid oğlu Himayəçilər Şurasının yeni üzvü təyin edilib. O, bu vəzifədə Əliyev Azər Əmiraslan oğlunu əvəz edib.














