Qlobal bazarlarda qızıl, ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini endirməyə yaxın olduğuna dair işarələrin təsiri ilə rekord həddə yaxınlaşıb.
Qızıl bahalaşdı - Bu məhsulun Azərbaycana idxal qiyməti də açıqlandı - VİDEO
FED.az xəbər verir ki, qiymətli metal 1,5 faizdən çox bahalaşaraq bir unsiyası 2117 dollara çatıb (Bakı vaxtı ilə saat 09:30-a olan məlumat). Bu, ötən il dekabrın 4-də qeydə alınmış, indiyə qədər ən yüksək səviyyə olan (rekord) 2135,39 dollara yaxındır.
Qızıl fevralın ortalarından yenidən bahalaşmağa başlayıb. Fed-in faizlərini azaltmaq üçün nə vaxt hərəkət edəcəyinin vaxtı hələ də qeyri-müəyyən olsa da, son həftələr onun yaxınlaşdığına dair işarələr qızılın bahalaşmasına səbəb olur. Swap bazarları göstərir ki, iyun ayında faiz endirimi ehtimalı təxminən 60 faizdir.
Həmçinin qızıl Yaxın Şərqdə artan gərginlik, Qırmızı dənizdə gəmilərə hücumlar, Çin iqtisadiyyatındakı problemlər və ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkilərindən də dəstək ala bilər. ABŞ Ali Məhkəməsi Donald Trampın bu il prezidentliyə namizədliyini irəli sürə biləcəyini bildirərək ona qadağa qoyulması addımlarını dayandırıb. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.