Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 87,3 milyon dollarlıq şaftalı ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Məlumata görə, şaftalı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 milyon dollar və ya 11,6% azalıb.
Belə ki, ötən ilin yanvar-avqust aylarında şaftalı ixracından 98,7 milyon dollar gəlir əldə edilmişdi.
Təkcə avqust ayında ölkədən 29,4 milyon dollarlıq şaftalı ixrac edilib ki, bu da, illik müqayisədə 3,6 milyon dollar və ya 10,9% daha azdır.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.













