Bu ilin avqust ayının sonuna ölkədə olan ödəniş kartlarının 2 milyon 22 mini kredit kartlarının payına düşüb.
Haqq və komissiya gəlirlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Faiz xərclərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.05.2025/30.06.2026)
Faiz xərclərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2026)
Hüquqi şəxslərin depozitlərinin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (2025/30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, cari ilin əvvəlindən bəri kredit kartlarının sayı 55 min ədəd və ya 2,6% azalıb.
Xatırladaq ki, bu ilin əvvəlində ölkədə olan ödəniş kartlarında kredit kartlarının payı 2 milyon 77 min ədəd idi.
Qeyd edək ki, hesabat dövrünün sonunda Azərbaycanda ödəniş kartlarının ümumi sayı 22 milyon 974 min ədəd olub. Bu, cari ilin əvvəlinə nəzərən 994 min ədəd və ya 4,5% daha çoxdur.
Ödəniş kartlarının 3 milyon 146 mini sosial kartların, 2 milyon 951 mini əəməkhaqqı kartlarının 14 milyon 585 mini digər kartlarının payına düşür.













