“Xəzər” kiçik müəssisəsinin (VÖEN: 1300204781) nizamnaməsinə dəyişiklik ediləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnaməsi “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmandan öncə tərtib edildiyi üçün kiril əlifbası ilə hazırlanıb. Buna görə də, əvvəlki Nizamnamənin Latın qrafikalı Azərbaycan əlifbası ilə yeni redaksiyada təsdiq edilməsi nəzərdə tutulub.
Bundan başqa, qeyd edilib ki, təsisçilərin pay bölgüsündə də dəyişikliklər ediləcək.
Qeyd edək ki, “Xəzər” kiçik müəssisəsi 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Qasımov Eldar Mais oğludur. Şirkət Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev.2221-ci məhəllə, m.5 hüquqi ünvanında yerləşir.













