“Bakı Avtomobil Sənaye” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının yığıncağı keçirilib.
Azərbaycanda 31 illik şirkətin səhmdarlarının pay bölgüsü dəyişir – DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət yığıncağın iclasının 01 nömrəli protokoluna əsasən dövlət qeydiyyat nömrəsi AZ1001002851, hər birinin dəyəri 2 manat olan 1 593 415 ədəd adi adlı səhmin dövriyyədən çıxarıldığını elan edib.
Qeyd edək ki, “Bakı Avtomobil Sənaye” 27 iyul 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkət 3 milyon 186 min 830 manat nizamnamə kapitalına malikdir. Əliyev Sadıq Səfər oğludur. Hüquqi ünvanı AZ1123, Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, ev.4 ünvanıdır.













