Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 8,2 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon dollar və ya 11,8 faiz azdır.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 9,3 milyon dollar olub.












