Bu ilin yanvar-avqust aylarında bir sıra özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım müşahidə olunub.
Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinqi açıqlandı - ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın sentyabr sayında bildirilib.
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkət “Silk Way Aviaşirkəti” MMC olub. Şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrünə nəzərən 28 milyon 470 min dollar və ya 950 dəfə artaraq 28 milyon 500 min dollara yüksəlib.
İxrac gəlirləri ən çox artan digər şirkətlər “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “Agrarco” MMC olub. Nümayəndəliyin ixrac gəlirləri 171 milyon dollar və ya 3,3 dəfə artaraq 245,7 milyon dollara, MMC-nin ixrac gəlirləri 20,6 milyon dollar və ya 3 dəfə artaraq 31 milyon dollara yüksəlib.
“Prime Export” MMC və “Vvest Stream” MMC ötən il ixracdan gəlir əldə etməsə də, bu ilin eyni dövründə müvafiq olaraq 43,9 milyon dollar və 17,6 milyon dollar gəlir əldə edib.
Qeyri-neft sektoru üzrə özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlər daha ətraflı:
|
S/N |
Şirkətin adı |
İxrac gəlirləri |
İxrac gəlirləri |
İxrac gəlirlərinin dinamikası |
|
||
|
Mütləq |
% / dəfə |
||||||
|
1 |
"Silk Way Aviaşirkəti" MMC |
30 |
28 500 |
28 470 |
950 dəfə |
||
|
2 |
“AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi |
74 700 |
245 700 |
171 000 |
3,3 dəfə |
||
|
3 |
"Agrarco" MMC |
10 400 |
31 000 |
20 600 |
3 dəfə |
||
|
4 |
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC |
39 300 |
90 900 |
51 600 |
2,3 dəfə |
||
|
5 |
“Prime Export" MMC |
0 |
43 900 |
43 900 |
100,00% |
||
|
6 |
"Vvest Stream" MMC |
0 |
32 300 |
32 300 |
100,00% |
||
|
7 |
"Tabattera" MMC |
23 000 |
40 600 |
17 600 |
76,50% |
||
|
8 |
"Baku Steel Company" QSC |
41 300 |
54 000 |
12 700 |
30,80% |
||
|
9 |
"Prime Cotton” MMC |
84 000 |
102 900 |
18 900 |
22,50% |
||
|
10 |
"P-Aqro" MMC |
26 700 |
27 300 |
600 |
2,20% |
||













