“Kredit Evi” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
FED.az xəbər verir ki, şirkətin açıqlamasına görə, əvvəlcə 15 sentyabr 2026-cı il tarixinə nəzərdə tutulan, lakin keçirilmədən təxirə salınan növbədənkənar ümumi yığıncaq 23 oktyabr 2026-cı il saat 11:00-da keçiriləcək.
Yığıncaq Bakının Akademik Həsən Əliyev küçəsi 90A ünvanında yerləşən “Kredit Evi” ASC-nin baş ofisinin inzibati binasında baş tutacaq.
Mühüm əqd müzakirəyə çıxarılır
Açıqlamaya əsasən, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə iki məsələ daxil edilib:
- Mühüm əhəmiyyətli əqdin imzalanması;
- Digər məsələlər.
Şirkət imzalanması nəzərdə tutulan mühüm əqdin məbləği, predmeti və qarşı tərəfi barədə açıqlamada əlavə məlumat verməyib.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulan məsələlər üzrə materiallarla “Kredit Evi” ASC-nin baş ofisində Mühasibatlıq şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.












