Bu ilin yanvar-avqust aylarında “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 175,6 milyon dollar olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Məlumata görə, şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 milyon dollar və ya 7,8% azalıb.
Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında şirkətin ixrac gəlirləri 190,5 milyon dollar olmuşdu.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.












