Dövlət Sərhəd Xidməti (VÖEN: 1700360581) 6 yeni tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan olunmuş tender çərçivəsində DSX Hərbi Hospitalında cari təmir işlərinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 42 min manatdır.
Digər tenderə çərçivəsində qurum 2 ədəd 50 tonluq dondurucu kameraların (-18 -40 C) satın alınması üçün 292 min 640 manat ayırıb.
Bundan başqa, 2 min ədəd kilidlənən rezin piltənin satın alınması üçün 105 min 846 manat, 34 ədəd yanacaq çəninin satın alınması üçün 641 min 670 manat vəsait ayırılıb.
Qazanxanaların əsaslı təmiri ilə bağlı tenderin ehtimal olunan qiyməti 136 min 786 manat, “İveco Trakker” markalı xüsüsi təyinatlı yanğınsöndürən avtomobilin yanğınsöndürmə avadanlığının (nasos, su sistemi və digər yanğınsöndürmə qurğularının) əsaslı təmiri ilə bağlı tenderin ehtimal olunan qiyməti 34 min 367 manat təşkil edir.
Tenderlərin ümumi ehtimal olunan qiyməti 1 milyon 253 min 309 manatdır.
Əlaqələndirici şəxs: Toğrul Qarayev - Satınalma mütəxəssisi / [email protected] / tel:+994 12 498 01 36













