13 oktyabr 2026-cı il tarixində “Daşkəsən Dəmir Filiz” MMC-nin balansında olan əmlaklar hərraca çıxarılacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hərracda 600,5 ton qara metal tullantıları satılacaq. Hərracın start qiyməti bir tonu üçün 320 manat təşkil edir. 5,6 ton mis metal tullantılarının satışının start qiyməti bir ton üçün 12 min manat, 3,85 ton alüminim metal tullantılarının satışının start qiyməti bir ton üçün 2 min manat müəyyənləşib.
Hərracın başlanğıc məbləği 267 min 289 manat, behin məbləği 26 min 729 manat təşkil edir.
Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.












