28 oktyabr 2026-cı il tarixində “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) balansında olan əmlaklar hərraca çıxarılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 3 qeyri-yaşayış sahəsinin satılmasından gedir.
Beləliklə, Bakı şəhəri,Xətai rayonu,Xudu Məmmədov küçəsi, giriş 174G ünvanında yerləşən 306 kvadratmet qeyri-yaşayış sahəsinin start qiyməti 765 min manat təşkil edir. Hərracda iştirak etmək üçün ödəniləcək behin məbləği 3 min 825 manatdır.
Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 174E ünvanında yerləşən 177 kvadratmetr qeyri-yaşayış sahəsinin start qiyməti 442 min 500 manat, behin məbləği 2 min 212,5 manatdır.
Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küçəsi, giriş 174F ünvanında yerləşən 160,4 kvadratmetr qeyri-yaşayış sahəsinin start qiyməti 401 min manat, behin məbləği 2 min 5 manat təşkil edir.
Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.












