“Modern Construction Group” MMC (VÖEN: 1300144301) nizamnamə kapitalını azaldıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin təsisçiləri nizamnamə kapitalını 2 milyon 780 min manatdan 1 milyon 880 min manata azaldığını elan ediblər. Yəni şirkətin nizamnamə kapitalı 900 min manat azaldılıb.
Qeyd edək ki, “Modern Construction Group” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Quliyev Arif Avtandil oğlu olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.25B, m.5-ci mərtəbə ünvanında yerləşir.













