Bu ilin yanvar-avqust aylarında özəl və dövlət sektoruna məxsus əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın sentyabr sayında bildirilib.
Məlumata görə, bu ilin yanvar-avqust ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti "nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Prime Export" MMC, "Tabaterra" MMC, "Vvest Stream" MMC, "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC və "P-Aqro" MMC.
Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi başçılıq edir.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
"Azergold" QSC, "Socar Polymer" MMC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Naxçıvan Enerji" MMC, "Socar Cape" MMC və "Azəripək" ASC.
Bu ixracatçıların reytinqi ilə bağlı məlumatla təqdim olunan infoqrafikalardan tanış ola bilərsiniz.


















