Bu ilin yanvar-avqust aylarında bir sıra qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım, bəzilərində isə azalma müşahidə olunub.
Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinqi açıqlandı - ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın sentyabr sayında bildirilib.
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkətlər “SOCAR Cape” MMC və “Naxçıvan Enerji” MMC olub. Bu şirkətlər ilk səkkiz ayda müvafiq olaraq 500 min ABŞ dolları və 300 min ABŞ dolları ixrac gəliri əldə edib. 2025-ci ilin yanvar-avqust aylarında şirkətlərin ixrac gəliri müvafiq olara 10 min ABŞ dolları və 100 min ABŞ dolları olmuşdu.
Məbləğ ifadəsində ixrac gəlirlərini ən çox artıran şirkət isə “Azəralüminium" MMC olub. Şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrünüə nəzərən 47,9 milyon ABŞ dolları (57,8%) artaraq 130,8 milyon ABŞ dollarına çatıb.
İxrac gəlirləri azalan dövlət şirkətləri arasında birinci yerdə, ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi olub. Şirkətin ixrac gəlirləri illik müqayisədə 65 milyon ABŞ dolları və ya 23,9% azalaraq 207,3 milyon dollara düşüb.
Bundan başqa, “SOCAR Polymer” MMC-nin ixrac gəlirləri 14,9 milyon dollar və ya 7,8% azalaraq 175,6 milyon ABŞ dollarına, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ixrac gəlirləri 1,1 milyon ABŞ dolları (11,8%) azalaraq 8,2 milyon ABŞ dollarına düşüb.
Qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlər daha ətraflı:
|
S/N |
Şirkətin adı |
İxrac gəlirləri yanvar-avqust, 2025 |
İxrac gəlirləri yanvar-avqust, 2026 |
İxrac gəlirlərinin dinamikası |
|
||
|
Mütləq |
% / dəfə |
||||||
|
1 |
"SOCAR Cape" MMC |
10 |
500 |
490 |
50 dəfə |
||
|
2 |
"Azəripək" ASC |
100 |
300 |
200 |
3 dəfə |
||
|
3 |
"Naxçıvan Enerji" MMC |
0 |
900 |
900 |
100% |
||
|
4 |
“Azərpambıq ASK" MMC |
26 000 |
45 900 |
19 900 |
76,50% |
||
|
5 |
"Azərenerji" ATSC |
5 000 |
8 300 |
3 300 |
66% |
||
|
6 |
“Azəralüminium" MMC |
82 900 |
130 800 |
47 900 |
57,80% |
||
|
7 |
“AzerGold" QSC |
148 000 |
180 600 |
32 600 |
22% |
||
|
8 |
“SOCAR Polymer" MMC |
190 500 |
175 600 |
-14 900 |
-7,80% |
||
|
9 |
“Azərbaycan Hava Yolları" QSC |
9 300 |
8 200 |
-1 100 |
-11,80% |
||
|
10 |
ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi |
272 300 |
207 300 |
-65 000 |
-23,90% |
||













