“Caspian Road” MMC-nin (VÖEN: 1306756681) nizamnamə kapitalı azaldılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin təsisçiləri Əliyev İbrahim Əmiraslan oğlu və Arafah Group MMC öz payını götürərək təsisçilikdən çıxması ilə əlaqədar nizamnamə kapitalının 60 min 10 manatdan 15 min 2,5 məbləğə azaldığını elan edib.
Qeyd edək ki, “Caspian Road” MMC 2020-ci ilin avqust ayının 8-də yaradılıb. Şirkətin qanuni təmsilçisi Əliyev Vüsal Zakir oğludur. Şirkət Bakı şəhər, Xətai rayonu, 8 noyabr, ev.23 hüquqi ünvanında yerləşir. Cari ilin 29 sentyabr tarixinə şirkətin dövlətə 6 min 636 manat vergi borcu var.













