Oktyabrın 9-da, saat 18:00-da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ABB ilə “Davr Bank” arasında əqd prosesi - TAMAMLANDI!
FED.az xəbər verir ki, yığıncaq bankın Daşkənd şəhəri, Yakkasaray rayonu, Mükimi küçəsi, 7/3 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Davr Bank"ın nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, bankın korporativ adının dəyişdirilməsi, Müşahidə Şurasının (MŞ) tamamilə, İdarə Heyətinin (İH) isə qismən yenidən formalaşdırılması, kredit təşkilatının dividend siyasətinin yenilənməsi, daxili sənədlərinin yeni redaksiyada təsdiq olunması, Ümumi Yığıncaq, MŞ və İH haqqında əsasnamələrin və mövcud Nizamnaməyə əsasən Ümumi Yığıncağın səlahiyyətlərinə aid digər sənədlərin müzakirə edilməsi, MŞ-nın müstəqil üzvlərinin mükafatlandırılması və kompensasiyaların müəyyən edilməsi, Audit (Təftiş) komissiyasının yaradılması, məcburi auditin aparılması üçün audit təşkilatının müəyyən edilməsi daxildir.













