Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 172,2 milyon dollarlıq pomidor ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Məlumata görə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15 milyon dollar və ya 9,5% artıb.
Belə ki, ötən ilin yanvar-avqust aylarında pomidor ixracından 157,2 milyon dollar gəlir əldə edilmişdi
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.













