Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 105,2 milyon dollarlıq fındıq ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Məlumata görə, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon dollar və ya 19,8% artıb.
Belə ki, ötən ilin yanvar-avqust aylarında fındıq ixracından 87,8 milyon dollar gəlir əldə edilmişdi.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.













