Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 207,3 milyon dollar olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Məlumata görə, şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 65 milyon dollar və ya 23,9% azalıb.
Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında şirkətin ixrac gəlirləri 272,3 milyon dollar olmuşdu.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.













