“Regional” BOKT MMC 2026-cı ilin yekunu üzrə maliyyə hesabatlarının müstəqil kənar auditinin aparılması məqsədilə auditor xidmətlərinin cəlb edilməsi üçün tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak etməkdə maraqlı olan şəxslər tenderin əsas şərtlər toplusunu əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Tender sənədlərinin əldə edilməsi üçün son müraciət tarixi: 15 oktyabr 2026-cı il, saat 18:00.
İştirakçılar tender təklifləri ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:
1) Şirkətin nizamnaməsinin surəti;
2) Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
3) Şirkətin direktorunun şəxsiyyət vəsiqəsinin surəti;
4) Auditor fəaliyyəti üzrə lisenziyanın surəti;
5) Analoji işlər üzrə məlumat (portfolio) — şirkətin əvvəllər həyata keçirdiyi maliyyə auditi layihələri, xidmət göstərdiyi müəssisələr, görülmüş işlərin qısa təsviri və icra dövrləri barədə məlumat.












