Sentyabrın 29-da qızılin qiyməti son yeddi həftədə ən aşağı səviyyəyə düşüb.
FED.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya biləcəyi ilə bağlı narahatlıqlar fonunda qızıl çərşənbə axşamı yeddi həftədən çox müddət ərzində ən aşağı səviyyəyə yaxınlaşıb.
Belə ki, qızılın qiyməti 5 avqustdan bəri ən aşağı səviyyəyə çatdıqdan sonra cəmi 0,1% artaraq 4124,57 dollara satılıb. ABŞ-dakı qızıl fyuçersləri isə 0,3% azalaraq 4156,70 dollara düşıb.
Hazırda yüksək neft qiymətləri iqtisadiyyatda xərcləri artırmaqla inflyasiyanı artırır, nəticədə mərkəzi banklar qiyməti saxlamaq üçün faiz dərəcələrini artırmağa meyəllənir. Belə vəziyyətdə investorlar gəlir gətirən aktivlərə meyl göstərməyə başlayır və qızılın qiyməti azalır.
Digər qiymətli metallarda isə spot gümüş 0,6 faiz azalaraq 60,62 dollara, platin 1 faiz azalaraq 1699,86 dollara, palladium isə 0,5 faiz azalaraq 1209,08 dollara düşüb.













