“TECHPRO DC” QSC şirkəti qiymətli kağızlarının dövriyyədən çıxarılacağını və ləğv olunacağını elan edib.
FED.az xəbər verir ki, cəmiyyətin yeganə səhmdarının 19 avqust 2026-cı il tarixli qərarına əsasən cəmiyyətin təşkilati-hüquqi forması dəyişdirilərək “TECHPRO DC” MMC-ə çevrilir.
Qərara əsasən təşkilati-hüquqi formanın dəyişdirilməsi ilə əlaqədar dövlət qeydiyyat nömrəsi AZ1001024111 olan, sənədsiz, adi, adlı (məhdudiyyətli), hər birinin nominal dəyəri 10 manat təşkil edən 200 ədəd səhm dövriyyədən çıxarılaraq ləğv olunacaqdır.
Qiymətli kağızların geri satın alınması elanın dərc edildiyi tarixdən başlanır və 2 ay müddətində həyata keçirilir. Hər bir səhmin geri satınalma dəyəri 10 manat, səhmlərin ümumi geri satınalma dəyəri isə 2 000 manatdır.
Dövriyyədən çıxarılan və ləğv edilən səhmlər “TECHPRO DC” MMC-nin nizamnamə kapitalında nominal dəyəri 2 000 manat olan 100 faiz iştirak payına çevriləcəkdir.
Emitentin tam adı və təşkilati-hüquqi forması: “TECHPRO DC” QSC, VÖEN-i 1007382511, olduğu yer AZ1025, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 25E, Ağ Şəhər Ofis Binası, mənzil 41-dir. “TECHPRO DC” QSC-nin direktoru Əkbərov Rövşən Rahib oğludur.
Bu məlumatın dərc edildiyi tarixdən etibarən göstərilən səhmlərin dövriyyəsinə yol verilmir.













