Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən xəbər verir ki, son bir ildə biznes kreditlərinin istiqamətləri dəyişib. Müşahidə göstərir ki, əslində biznes kreitlərdəki dəyişiklik ümumi iqtisadiyyatdakı vəziyyəti əks etdirir. Beləliklə...
AMB-nin məlumatına görə, 2026-cı ilin avqustun sonuna bankların biznes kreditlərinin həcmi 17 milyard 823 milyon manata yüksəlib. Bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 731 milyon manat və ya 18% artıqdır. Bir il əvvəl biznes kreditləri 15 milyard 92 milyon manat olmuşdu.
2,7 milyard manatlıq artım sahələr arasında fərqli bölünüb.
|
Sahə |
Biznes krediti mln manat 31.08.2025 |
Biznes krediti mln manat 31.08.2026 |
Dəyişmə mln manat |
Artım |
|
Tikinti |
1 459,4 |
2 613,9 |
+1 154,5 |
+79,1% |
|
Digər qeyri-istehsal və xidmət |
2 587,5 |
3 136,7 |
+549,2 |
+21,2% |
|
Nəqliyyat |
1 620,2 |
2 125,1 |
+504,9 |
+31,2% |
|
Sənaye |
2 571,6 |
2 756,0 |
+184,4 |
+7,2% |
|
Kənd təsərrüfatı |
1 889,1 |
2 070,4 |
+181,3 |
+9,6% |
|
İnformasiya və rabitə |
697,2 |
836,0 |
+138,8 |
+19,9% |
|
Ticarət |
4 266,7 |
4 284,7 |
+18,0 |
+0,4% |
Beləliklə, bankların kreditlərindəki əsas artım tikintinin hesabınadır. Bir il əvvəl bankların tikintiyə biznes kreditləri 1 milyard 459 milyon manat olduğu halda, bu ilin avqustunun sonunda göstərici 2 milyard 614 milyon manata çatıb. Bir ildə bu sahəyə ayrılan kreditlər 1 milyard 154 milyon manat və ya 79% artıb.
Yəni kreditlərdəki ümumi artımın 40%-dən çoxu tikinti sektorunun heabına olub. Tikintinin ümumi biznes kreditlərində payı da 9,7%-dən 14,7%-ə yüksəlib.
Kreditlərin kəskin artdığı digər sahə qnəqliyyatdır. Bu sahəyə verilmiş biznes kreditləri bir ildə 1 milyard 620 milyon manatdan 2 milyard 125 milyon manata yüksəlib. Artım 505 milyon manat və ya 31% təşkil edib. Nəticədə nəqliyyatın biznes kreditlərindəki payı 11%-dən 12%-ə yüksəlib.
Biznes kreditlərinin dinamikasında ən maraqlı yenilik ticarətdəki durğunluq olub. Son illərdə ilk dəfə olaraq ticarət sektoruna ayrılmış kreditlərdə demək olar ki, artım baş verməyib. Ticarət müəssisələrinə verilmiş kreditlər 2025-ci ilin avqustunun sonunda 4 milyard 266,7 milyon manat olduğu halda, 2026-cı ildə 4 milyard 284,7 milyon manat olub. Yəni bir ildə cəmi 18 milyon manat və ya 0,4% artım baş verib.
Nəticədə ticarətin biznes kreditlərində xüsusi çəkisi 28%-dən təxminən 24%-ə düşüb. Yəni ticarət hələ də bank kreditlərinin ən böyük istiqamətlərindən biri olsa da, kredit portfelindəki üstünlüyünü tədricən itirir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, ticarət sahəsinə kreditlərin artmaması heç də bankların bu sahəyə marağının azalması ilə bağlı deyil. Ticarət sahəsi ənənəvi olaraq sabit gəlirli və dayanıqlı sektor sayılır və kredit vermək üçün ideal istiqamətlərdəndir. Sadəcə böyük ehtimalla ticarət müəssisələrinin artıq bank kreditlərinə ehtiyacı əvvəlki kimi deyil. Bu sahədə tərəfdaşlıq gücləndikcə, tərəfdaşlar arasında yeni alətlər tətbiq edilir və kreditlərə tələbat azalır.
Sənaye və kənd təsərrüfatı da ümumi artımdan geri qalır
Əvəzində sənaye və kənd təsərrüfyatına kreditlərin azalması həyacan siqnalı sayıla bilər. Ölkənin sənayesi yenicə formalaşır və bu sahədə çalışanların ənənəvi olaraq kreditlərə böyük ehtiyacı olur. Artımın zəif olması sektordakı zəifləmənin əlaməti ola bilər. Beləliklə
Son bir ildə Azərbaycanda sənaye sahəsinə verilmiş biznes kreditləri 184,4 milyon manat və ya 7,2% artaraq 2 milyard 756 milyon manata çatıb. Amma bu artım biznes kreditlərin ümumi artım sürətindən 3 dəfə azdır. Nəticədə kredit portfelində sənayenin payı 17%-dən 15,5%-ə enib.
Kənd təsərrüfatında da oxşar vəziyyətdir. Aqrar sektora kreditlər 1 milyard 889 milyon manatdan 2 milyard 70 milyon manata yüksəlib. Artım 181 milyon manat və ya 9,6% olub. Bununla belə, kənd təsərrüfatının biznes kreditlərində payı 12,5%-dən 11,6%-ə düşüb.
Bankların «kredit xəritəsi» dəyişib. Rəqəmlər göstərir ki, son bir ildə bankların biznes kredit portfelinin böyüməsi əsasən tikinti və nəqliyyat sahələrinin hesabına baş verib.













