“İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” PHŞ fiziki şəxs Şərbətov Nazim Vəliağa Oğlu ilə satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində “İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu”nun foto və video çəkilişi xidmətinin satın alınması həyata keçirilib.
Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 101 min 480 manat təşkil edib.













