İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərpa Olunan Enerji və İnfrastruktur Obyektləri üzrə İxtisaslaşdırılmış Mərkəzi "Abşeron Qaz Emalı Zavodu" MMC-nin infrastrukturunun qiymətləndirilməsi üçün böyük layihəyə start verir.
FED.az xəbər verir ki, dövlət qurumu zavodun balansında olan daşınmaz və daşınar əmlakların, texniki avadanlıqların və xüsusi qurğuların bazar dəyərinin müəyyən edilməsi üçün konsaltinq xidmətinin satın alınmasını elan edib.
Layihə üzrə ehtimal olunan qiymət dəqiq 517 000 AZN təşkil edir.
İddiaçı şirkətlər üçün iştirak haqqı 500 AZN müəyyən edilib, təkliflərin son qəbulu isə oktyabr ayının ortalarına nəzərdə tutulub.
Mütəxəssislərin fikrincə, yarım milyon manatdan çox vəsaitin ayrıldığı bu irimiqyaslı qiymətləndirmə prosesi zavodun gələcək özəlləşdirilməsi, investor cəlb edilməsi və ya obyektin modernizasiya layihəsinə hazırlanması addımı kimi qiymətləndirilir.












