Azərbaycan Mərkəzi Bankı mühaifzə xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “İnam Özəl Mühafizə Şirkəti” MMC (VÖEN: 2003155671) olub.
Tərəflər arasında 108 min 324 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qalib şirkət ötən il də Mərkəzi Bankın mühafizə tenderinin qalibi olub. Belə ki, 2025-ci ildə AMB ilə MMC arasında 91 min 190 manatlıq və 31 min 152 manatlıq iki satınalma müqaviləsi imzalayıb. Yəni dövlət qurumu ötən il mühafizə xidmətlərinə 122 min 342 manat ayırıb. Bu il isə bu məbləğ 14 min 18 manat daha az olub.
Qeyd edək ki, “İnam Özəl Mühafizə Şirkəti” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Ələkbər Abbaslı Abbas oğludur.













