İraq hökuməti ABŞ-la ölkəyə nağd dollar göndərişlərinin davam etdirilməsi barədə razılığa gəlib. Razılaşma çərçivəsində yaxın günlərdə İraqa yeni dollar partiyasının göndərilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, İraq hökumətinin sözçüsü Heydər əl-Abbudi İraq Xəbər Agentliyinə açıqlamasında bildirib ki, razılaşma İraqın Baş naziri Əli əz-Zeydinin ABŞ-a səfəri zamanı əldə olunub.
Onun sözlərinə görə, tərəflər İraqa nağd dollar göndərişlərinin davam etdirilməsi məsələsində razılığa gəliblər və növbəti partiyanın yaxın günlərdə ölkəyə çatdırılması gözlənilir.
Razılaşmadan əvvəl nə dəyişib?
Məlumata görə, yeni razılaşma İraqın ölkə daxilində dolların bölüşdürülməsinə nəzarət mexanizmlərini gücləndirməsindən və ABŞ valyutasının istifadəsinin tənzimlənməsi istiqamətində irəliləyiş əldə etməsindən sonra mümkün olub.
ABŞ əvvəllər İraqın İranla bağlı bəzi siyasətləri səbəbindən bu ölkəyə nağd dollar göndərişlərini zaman-zaman gecikdirib.
Yeni razılaşma isə nağd dollar tədarükünün davam etdiriləcəyini nəzərdə tutur.












